“Onlayn dərs” müsabiqəsinin nəticələri açıqlandı
Bakı Şəhər üzrə Təhsil İdarəsi pandemiya şəraitində onlayn dərslərin keçirilməsini təşviq etmək və bu sahədə səriştəli müəllimlərin təcrübəsini bölüşmək məqsədilə “Onlayn dərs” müsabiqəsini elan etmişdir. Layihə çərçivəsində ümumilikdə 193 iş təqdim olunmuş, onlardan 12 dərs qalib elan edilmiş, 11 dərs fərqlənmə dərs kimi qiymətləndirilmişdir.
Fərqlənənlər arasında məktəbimizin gənc ibtidai sinif müəllimi Rəna Abbasovanın da olması bizi sevindirir. Rənanı ürəkdən təbrik edir və ona “Uğurların bol və davamlı olsun”- deyirik.