“Şagirdlərin kosmik sahəyə marağının artırılması, innovasiya və kosmik texnologiyaların inkişafının təbliği” Proqramı çərçivəsində “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə tanışlıq ekskursiyası

Məktəbimizin VIII sinif şagirdləri və fizika müəllimləri “Şagirdlərin kosmik sahəyə marağının artırılması, innovasiya və kosmik texnologiyaların inkişafının təbliği” Proqramı çərçivəsində “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə tanışlıq ekskursiyasında olmuşlar.Ekskursiya zamanı müəllim və şagird kollektivi ölkədə kosmik sənayenin təşəkkül tapması, Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” və “Azərspace-2”-in orbitə çıxarılması və istismar işlərinin həyata keçirilməsi, peyk vasitəsilə göstərilən xidmətlər barədə məlumatlarlandırılmış, şagirdləri və müəllimləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbirdə Peyk texnologiyaları ilə tanışlıq məqsədiylə maraqlı video-çarxlar nümayiş etdirilmişdir.Görüş zamanı şagirdlərin kosmik sahəyə marağının artırılması, bu sahənin gənclər arasında təbliği məqsədiylə “Azərkosmos” ASC tərəfindən şagirdlərə Azərkosmosda iş imkanları və qəbul prosesi barədə ətraflı məlumat verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi