Ənənəyə çevrilən onlayn açıq dərslərin təşkili
“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi” haqqında BŞTİ- nin 2020/2021- ci tədris ili üçün fəaliyyət planının icrası çərçivəsində müəllimlərimizin müxtəlif fənlər üzrə açıq dərsləri təşkil olunur.Təbii ki, bu dərslərdə qarşıya qoyulan başlıca məqsəd xalqımızın 44 günlük mübarizədə qazandığı tarixi qələbənin mahiyyəti və məzmununun şagirdlərə çatdırılması, həmçinin, işğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, flora və faunası, adət-ənənələri, irsi, tanınmış şəxsiyyətləri barədə şagirdlərin məlumatlandırılmasından ibarətdir.
Pərvanə Səfərəliyevanın 7c, Səbinə Həsənovanın 5k, Nigar İbadovanın 6l sinfinlərində ana dili, Fidan Hüseynovanın 7c sinfində coğrafiya, Tahirə Nəbiyevanın 9 k sinfindəki musiqi fənlərindən açıq dərsləri rəhbərlik tərəfindən izlənilmiş, şagirdlər və müəllimlərə müvafiq tövsiyə və məsləhətlər verilmişdir.