Məktəbdə təsviri incəsənət, musiqi və texnologiya fənləri üzrə aylığın yekunları

Məktəbdə təsviri incəsənət, musiqi və texnologiya fənləri üzrə aylığın yekunu münasibətiylə tədbir keçirildi.Şagirdlərin əl işlərindən ibarət (rəsm, texnologiya) sərginin təşkil edildiyi tədbirdə məktəbin xor dərnəyinin üzvlərinin ifasında maraqlı musiqi bəstələri səsləndi.Fuadın, Raufun ifa etdiyi solo musiqi nömrələri tədbir iştirakçılarında xoş təsir oyatdı. Məktəbin tanınmış məzunları “Bakılı oğlanlar”ın üzvləri Tahir İmanov və Bəhram Bağırzadə tədbir barədə xoş sözlər söyləməklə bərabər nostalji hisslər yaşadıqlarını bildirdilər. Məzunların müəllimləri, sinif yoldaşları barədə söylədikləri xatirələr şagirdlər tərəfindən maraqla qarşılandı. Sonda tədbir iştirakçıları məzunlar ilə xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi