"Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları" layihəsi çərçivəsində tədbir

Ulu Öndərin anadan olmasinın 93-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən məktəbimizdə "Azərbaycan ərazisinin seysmik təhlükəliliyi və zəlzələdən qorunmaq üçün davranış qaydaları" layihəsi çərçivəsində tədbir keçirililmişdir. Tədbirdə AMEA nəzdində RSXM rəhbərliyi iştirak etmişdir. Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən mövzu ilə bağlı maraqlı video çarx nümayiş etdirilmiş A.Ağazadə, M.Məmmədli zəlzələ zamanı davranış qaydaları haqqında məktəblilərə məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.Sonda AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və məktəbin direktoru tədbirdə çıxış edərək məktəblilərin zəlzələlərlə bağlı maarifləndirilməsinin əhəmiyyətindən söz açmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi