ŞUŞA həsrəti

Şuşanın dağları başı dumanlı.Dərdindən ölməyə çoxdur gümanlı…Ustad Xan Şuşinskinin ifasında səslənən mahnı hər kəsin ürəyini göynətdi. Ekranda bir-birini əvəz eden video - görüntüləri və cənnət məkanın gözəl çağları, daha sonra isə erməni qəsbkarları tərəfindən işğal olunmuş, dağıdılmış, talan edilmiş doğma yurdumuz qəlbimizi ağrıtdı, düşmənə nifrət hissini alovlandırdı.7k sinfinin sinif rəhbəri Nəzakət Xəlilovanın rəhbərliyi altında hazırlanan tədbir böyükdən-kiçiyə hamıda qələbəyə bir inam yaratdı. Şuşanın başının üstünü alan qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək. Elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaqlar. Sabahın əsgərləri - 7k sinfinin oğlanlarının əsgər geyimində üçrəngli bayraqla səhnəyə çıxması və “Əsgər marş”ını ifa etməsi, eləcə də Rüstəmin ifasında səslənən “Ana, mən şəhid oldum!” bəstəsi hamını göz yaşlarına boğdu. Tədbirdə iştirak edən 20 yanvar və Xocalı şəhidləri, Qarabağ müharibə əlilləri Xətai rayon şöbəsinin rəbəri Fuad Salahov öz çıxışında keçdiyi döyüş yolundan söhbət açdı, veteran Vətəni qorumağın müqəddəs bir amal olduğunu diqqətə çatdırdı.İşıq jurnalının əməkdaşı Afaq Sadıxova tədbirin təşkilatçılarına və məktəb rəhbərliyinə vətənpərvərlik mövzusuna həsr olunmuş belə bir tədbirin təşkilinə görə - cənnət məkan, Azərbaycanın dilbər guşəsi olan Şuşamızın bir daha yad edildiyinə görə hər bir kəsə öz təşəkkürünü bildirdi. Bu tədbir hər bir Azərbaycan şagirdində qələbə inamını, vətənpərvərlik duyğularını artırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi