Yol hərəkəti qaydalarını öyrənirik
Məktəbimizdə yol hərəkətinin təhlükəsizliyi aylığı çərçivəsində "Yol hərəkəti qaydalarını öyrənirik" adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.
Bu məqsədlə siniflərdə mövzuya həsr olunmuş dərslərin təşkili ilə yanaşı,həm də ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə guşə yaradılmışdır. "Yol hərəkətinin təhlükəsizliyi şagirdlərin gözü ilə" mövzusunda təşkil olunmuş guşə ilə tanışlıq zamanı məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri Nigar Babayeva yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətini diqqətə çatdırıb. O, bu cür tədbirlərin yol qəzalarında uşaqların xəsarət almasının qarşısını alacağına əminliyini bildirib.