IX sinif şagirdləri üçün sinaq qiymətləndrimə keçirildi
Keçən tədris ilində olduğu kimi bu tədris ilində də ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin ana dili, riyaziyyat və xarici dil fənlərindən bilik səviyyəsinin müəyyənləşdirilməsi, zəif oxuyan şagirdlərlə əlavə məşğələlərin təşkili məqsədiylə rəhbərlik tərəfindən müəyyən addımlar atılmışdır.
Diaqnostik qiymətləndirmə nəticəsi zəif hesab olunan şagirdlər üçün əlavə məşğələlər təşkil olunmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 15 mart 2021-ci il tarixdə IX sinif şagirdləri üçün ana dili, riyaziyyat, xarici dil fənlərindən sınaq qiymətləndirmə keçirilmişdir. Qiymətləndirmədə 4 şagird istisna olmaqla bütün 9-cu sinif şagirdləri əhatə olunmuşdur. Sınaq qiymətləndirmə keçirildikdən sonra fənn müəllimləri tərəfindən şagirdlərin işləri yoxlanılaraq nəticələri BŞTİ-yə göndərilmişdir.