44 günlük savaşın zirvəsində duran zəfər

Gün o gün olsun ki...

İllərdir dilimizdən düşməyən arzu, istək, xəyal... İllərdir  bu arzulara kökləndik,yaşadıq, ümid etdik.

İllərdir çox əziyyətlər, ağrı-acılar çəkdi  məğrur xalqım. Doğma el-obasından qəddarlıqla, amansızlıqla didərgin salındı, öz vətənində qaçqın, köçkün kimi yaşamağa məcbur oldu..

Şəhriyar kimi yuxularında vətənə  döndülər, vətəni oxşadılar, sevdilər.

İllərdir həsrətində olduqları, ürəklərində qubara çevrilən, xiffətini çəkdikləri ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşadılar… Bəzən gözləməkdən yorulub uzun sürən intizardan bezdik,  bəzən də içimizdə inamsızlıq baş qaldırdı, əlimizi hər şeydən üzdük, hətta Tanrıya belə üsyan etdik.. Amma qəlbimizdəki ümid qığılcımı heç vaxt sönmədi.

Nəhayət... o gün gəldi. 30 il əvvəl yaşanan kədər sona çatdı. 30 illik vətən həsrəti, nisgili bitdi. Arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi. 10 noyabr 2020-ci il... Bu tarix Qarabağa-Şuşamıza, qovuşduğumuz tarixdir. Bu gün Böyük Qələbə Günüdür. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı.

Mən çox ümidli insanam. Haqqın, ədalətin bir gün mütləq qalib gələcəyinə həmişə inanmışam. Sabaha heç ümidimi itirməmişəm.  Sentyabr ayının 27 də   ilk azad olunan 7 kəndin sevincinini  eyvanaıma  Azərbaycan bayrağını asmaqla  təsəlli tapdım. İnandım ki, Azərbaycan oğulları  bu qələbəni bizə yaşadacaq,  bizi yarı yolda qoymayacaq. Birdən-birə bu millətin Ali Baş Komandanının arxasında durması, Prezidentin bu qədər əminliklə dünyanı qarşısına alması, yumruğunu stola çırparaq "Biz varıq”, Qarabağ Azərbaycandır” şüarı ətrafında milləti birləşdirməsinin zəfərini gördük.

44 günlük müharibədə Azərbaycan ordusu böyük əzm, şücaət göstərərək torpaqlarımızı işğaldan, məkirli düşmənin tapdağından azad etdi. Milli Ordumuz 44 günə şanlı tarix yazdı. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, əsgər və zabitlərimiz döyüş meydanında şücaət göstərərək, qəhrəmanlıq nümayiş etdirdi.. Döyüşlərin qızğın  getdiyi vaxtda “Böyük Qayıdış”ın astanasında olan Azərbaycan Ordusu bir daha sübut etdi ki, ən müasir silahlara sarılmış düşmən belə onun qarşısında tab gətirə bilməz. Ordumuz bunu sıralarında xidmət edən və qəlbində vətənpərvərlik ruhu hissi olan əsgərinin, zabitinin, döyüşçüsünün sayəsində əldə edə biidi. Vətən qarşısında şərəflə, qürurla xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən, qorxmadan, çəkinmədən doğma Azərbaycan uğrunda ölümə can atdılar.. Onların nümayiş etdirdikləri vətənpərlik nümunələri hər bir azərbaycanlının qürurunu oxşadığı kimi, düşməni də bir o qədər təlaşa saldı. Azərbaycan oğulları istənilən an düşməni məhv etməyə qadir olduğunu bir daha sübut etdi. Bunun təzahürüdür ki, Azərbaycan əsgəri hər gün üçrəngli bayrağımızı işğaldan azad olunan yeni yaşayış məntəqələrində ucaltdı..

Vətən müharibəsində Zəfər qazanmağımızda Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsi çox önəmli idi. Yeni tarix yazan Müzəffər Ordumuzun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, rəşadət, igidlik, qanı və canı bahasına əldə olunmuş Qələbə hər birimizə qürurverici anlar yaşatdı. Təbii ki, biz müharibədə olmamışıq. Lakin azad olunan torpaqların necə böyük məharət sayəsində xilas olduğunu bilirik. Əsgərlərimizin silahdan istifadə etmə məharəti onların böyük hazırlıq yollarından keçdiyini gösrərir. Həm də Sal qayalara aşağıdan dırmaşmaq, müdafiə xətlərini yarmaqla peşəkarlıq göstərən döyüşçülərimiz öz cəsarətlərini hər kəsə nümayiş etdirdilər.

Sanki yuxu kimi günlər yaşadıq... Qarabağ azad olundu! Pandemiya ilə dünyanın boğuşduğu bir vaxtda Qarabağ kimi bəxtimizə doğan bir xeyir gəldi. Qarabağ azadlığına qovuşdu. Mən indiyə qədər heç  belə sevinməmişdim. Bu, başqa duyğudur.  Bu parlaq Qələbəyə, qaytarılan milli qürurumuza, özünəinamımıza, 30 ilə yaxın yağı tapdağında inildəyən əzəli və əbədi Azərbaycan torpaqlarında üçrəngli müqəddəs bayrağımızı ucaltdıqlarına görə Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Azərbaycan Ordusuna ürəkdən təşəkkür edirik. Azərbaycanın müzəffər Ordusu yeni tarix yazdı və Siz həmin tarixin, XXI əsrin qəhrəmanı oldunuz. Əminəm ki, bundan sonra da Sizin uzaqgörən siyasətinizlə Azərbaycan yüksək şəkildə inkişaf edəcək və həmişəki kimi bütün mübarizələrdə qalib olacaqsınız. Biz Sizinlə fəxr edirik, Allah Sizi, Ordumuzu, millətimizi qorusun!


 

Məktəbin direktoru                                                                       Ceyran Kuliyeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi