Tarixi həqiqətlərə baxış... tarixi reallığın təntənəsi

“Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun.

“Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq”.

                                                                                                                                                                                                                                                                                                                                                         İlham Əliyev

30 il idir ki, qamətimizi dik tutub yeriyə bilmirdik.

30 il idir ki, qəbirlərimiz sahibsiz, insanlarımız məzarsız, məzarlardakı ata- analarımız, bacı-qardaşlarımız, övlad və babalarımız kimsəsiz qalmışdı.

30 il idir ki, yuxuya gedən kimi oradakı kimsəsiz, təhqir olunmuş qəbirlərdə uyuyan, məzarı olmayan yerlərdə yatan sahibsiz cəsədlərimiz bizi səsləyirdi.

30 illik səssizliyimizə görə artıq onlar da bizdən əlini üzmüşdülər. Ta ki  sentyabrın 27-də Ali Baş Komandan bizə rahat yuxu daddırandək. Sanki biz xalq olaraq bu tarixdə şirin röyaya getdik və 44 gün ərzində yatdığımız yuxudan 200 il sonra Şuşada ayıldıq. Əslində, ayılmadıq, 200 illlik ağrı-acılı, dəhşət dolu yuxudan bizi diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti ilə  Azərbaycana tarixi qələbə qazandıran İlham Əliyev ayıltdı.

O memar ki 17 il idi öz sənət əsəri üzərində incəliyi ilə işləyirdi...

O memar ki 17 il ərzində öz əsərini tamamlamaq üçün çox “aslan“ və “tülkünün” “əsərini” tarixin qaranlıq arxivinə göndərdi......

O memar ki  yüz illər ərzində itirən xalqı qazanan, məğlub xalqı qalib xalqa çevirdi, gücümüzü dosta, düşmənə - hər kəsə göstərdi, dünyadakı yerimizi ucalardan ucaya qaldırdı.

Bir ovuc olsaq da ,İlham Əliyevin  müdrikliyi,qətiyyəti,diplomatiyası sayəsində çox böyüdük, 50 milyondan milyardlıq xalqa, gücə çevrildik, super güclərə sinə gərdik, onlara qarşı savaşdıq, onların 30 il ərzində Qarabağa topladığı bütün silahları,istehkamları, tələləri 44 gündə yerlə yeksan etdik.

Bunu Ali Baş Komandanımız  və onunla bərabər bu müqəddəs yola çıxarkən  güc aldığı xalqın inamı bacardı, bunu “bir oğlum döyüşür, o birini də göndərəcəyəm” deyən ananın Vətəni uğrunda öləcək qədər sevən Baş Komandanına tərəddüdsüz etibarı bacardı...

 Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir -birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər.

Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından  fərqli olaraq ,informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur.

Hərbi analitiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri

 daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir,məhz Ermənistan siyasəti kimi.

Etiraf etməliyik ki,uzun illər Azərbaycan informasiya müharibəsində Ermənistana uduzub. Bu dəfə isə  biz əksini müşahidə etdik. Hərb meydanında olduğu kimi, informasiya cəbhəsində qələbəyə nail olduq.

Azərbaycanın milli təhlükəsizlik konsepsiyası mövcuddur və bu konsepsiyanın  tərkib hissələrindən  biri də informasiya təhlükəsizliyidir. 27 sentyabr tarixində erməni təxribatına cavab olaraq ordumuz əks-hücum əməliyyatına başlayanda informasiya cəbhəsində də savaş şiddətləndi. Bu savaşın sonunda Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi...

Qeyd etməliyik ki,Azərbaycan mediası da öz tarixi missiyasını uğurla icra etmək üçün həm yerli, həm də beynəlxalq auditoriyaya reallıqları dolğun şəkildə çatdırmaqla informasiya cəbhəsində qalibiyyətimizə mühüm töhfələr vermiş oldu.Bu sahədə Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə koməkçisi Hikmət Hacıyevin,Xarici  İşlər Nazirliyinin,Müdafiə Nazirliyinin müstəsna rolununu da qeyd etmək yerinə düşər. 

Tarix boyu sərkərdəsi güclü olan ordu zəfər qazanıb, xoşbəxtlikdən  biz  də bu tarixi canlı olaraq yaşadıq. 44 günlük müharibə dövründə cənab Prezidentin dünyanın aparıcı telekanallarına və çoxsaylı mətbu orqanlarına 30-dan çox müsahibəsi oldu ki,onların hər biri ön cəbhədə döyüşən igid əsgərlərimiz və xalqımız üçün motivasiya və özünəinamı artırdığı kimi, informasiya savaşında döyüşən media nümayəndələri üçün də yeni tezislər və tapşırıqlar rolunu oynadı. Həm sosial şəbəkələrdə, həm internet mediada, TV məkanlarında əsl savaş gedirdi: ancaq ön cəbhədə olduğu kimi, bir tərəfdə öz haqqını dünyaya çatdırmaq istəyən media təmsilçilərimiz, digər tərəfdə isə yalanla, şər-böhtanla dünyanı aldatmaq niyyətində olan erməni manipulyatorları. Bizim mətbuat nümayəndələrimiz həqiqətləri ifadə və müdafiə etdikləri halda, ermənilər yalan, böhtan xarakterli məlumatlarla  ictimai rəyi manipulyasiya etməyə çalışırdılar.  

Hər bir sahədə olduğu kimi, media sahəsində də haqlının və haqsızın yanında olanlar var idi .Bizim yanımızda qardaş Türkiyə Respublikasının və dost ölkələrin media nümayəndələri olduğu halda, yalan və şər-böhtanla dünyanı aldatmaq istəyən ölkənin mediasının yanında isə elə onların özləri tək yalançı, “feyk nyus”larla  gündəmdə olan media təşkilatları yer almışdı.

Azərbaycan Prezidenti  beynəlxalq mətbuata, nüfuzlu nəşrlərə və transmilli media orqanlarına müsahibələri zamanı faktlar və həqiqətləri qətiyyətlə ifadə etdi, həm milli maraqlarımızı prinsipial şəkildə müdafiə etdi, həm də erməni yalanlarının ifşasına nail oldu . 44 gün ərzində dünya siyasətinin mərkəzində dayanmağı da bacardıq. Doğrudur, qəbul etmədiyimiz, ikrahla qarşıladığımız müzakirələr də getdi, fikirlər də səsləndi. Ancaq hər bir halda qətiyyətlə söyləyə bilərik ki, biz Ali Baş Komandanın dünyanın tanınmış telekanallarına və mətbuat orqanlarına kifayət qədər gərginliyi ilə seçilən müsahibələri sayəsində siyasi diskussiyaların səmtindəki klişeləri, müəyyən mənada doqmatik xarakter daşıyan baxışları dəyişməyi bacardıq.

İnformasiya təhlükəsinin xarici seqmentinə nəzər salsaq ,İkinci Qarabağ müharibəsi ilə bağlı yayılan fikir və baxışların ,əsasən ,ermənipərəst qüvvələr tərəfindən idarə olunduğunun, mütəmadi olaraq yenilənərək dövriyyəyə buraxıldığının şahidi olarıq. Mövcud xüsusda Rusiya telekanallarında yayımlanan müxtəlif siyasi tok-şouları, birtərəfli reportaj və sujetləri misal göstərə bilərik. Məhz elə bu səbəbdən çoxsaylı informasiya kanallarında müharibənin ilk ongünlüyündə öz torpaqlarını işğaldan azad edən Azərbaycan bir növ aqressor kimi təqdim olunurdu.

Əslində, bu, proqnozlaşdırılan idi. Ona görə ki Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğalda saxlaya bilməsində ermənilərin xaricdəki informasiya lobbiçiliyi çox güclü təsirə malik idi.Şükürlər olsun ki,mənfur qonşularımızın  ikinci Qarabağ savaşında da ehtimal etdikləri xülyaları boşa çıxdı. Dünya Azərbaycandakı xalq-hakimiyyət birliyini gördü. Gördülər ki, bu millət  Qarabağ savaşına müqəddəs namus,qeyrət,haqq-ədalət savaşı  kimi yanaşır. Nəticədə onların müharibəni yalnız siyasi məqsəd daşıyan qəsbkar avantüra kimi göstərmək cəhdləri  boşa çıxdı.Xalq-hakimiyyət birliyi müharibəyə müqəddəslik gətirdi ki, anti-Azərbaycan qüvvələr bununla hesablaşmağın vacibliyini dərk etdilər.Ancaq bu vaciblik heç də o demək deyildi ki,onlar prosesə ədalətli yanaşma barədə düşünməyə başladılar. Sadəcə ,ölkəmizə yönələn mühakimədə bəzi media qurumlarında  qismən obyektiv yanaşma və müəyyən yumşalma baş verdi. Təbii ki, bununla kifayətlənmək olmazdı. Ordumuz hücum etdiyi kimi, baxışlarımız, ideologiyamız,informasiya savaşımız da hücuma köklənməli idi.

Bəli, qətiyyətlə söyləmək olar ki, Cənab İlham Əliyevin  şəxsində Dağlıq Qarabağla bağlı həqiqətlər  ənənəvi müdafiə ampluasından çıxdı  . Azərbaycan Prezidentinin iti ağlı, dərin zəkası, aristokrat davranışı, diplomatik məharəti,parlaq , sinədəftər nitqi, xarici dilləri mükəmməl bilməsi ,  sərbəst danışması, jurnalistlərlə yüksək səviyyəli ünsiyyəti və digər mənəvi keyfiyyətləri onu artıq dünya çaplı siyasi liderlər səviyyəsinə yüksəltmiş  oldu.

30 ildən artıq özünü gözlədən  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər tarixi və beynəlxalq hüquq baxımından sistemli şəkildə açıqlandı,  Azərbaycanın haqlı mövqeyinin müdafiəsində ardıcıllıq və prinsipiallıq göstərildi,  Ermənistan və onun rəhbərliyinin saxta mahiyyəti ifşa edildi,  təxribat və manipulyasiyalar heçə endirilərək dünya Ordumuzun haqq savaşına inandırıldı. Prezident İlham Əliyev bunu müharibənin davam etdiyi günlərin az qala hər birində xarici  KİV-ə verdiyi müsahibələrdə son dərəcə böyük ustalıq və diplomatik məharətlə həyata keçirməyi bacardı.

Dövlət başçımızın xalqa müraciətlərinin informasiya savaşındakı önəmi də xüsusi vurğulanmalıdır. Bu müraciətlər tutduğu mövqedən, baxışlarından, sosial statusundan asılı olmayaraq, hər bir sıravi azərbaycanlını informasiya müharibəsinin əsgərinə çevirdi.

Millət  Ali Baş Komandanın fikirləri ilə həm müharibəyə motivə olunaraq ideoloji zireh qazandı, həm də kənar təsirlərdən, eləcə də informasiya diversiyalarının mənfi təzahürlərindən qorundu. Prezidentin müraciətlərinə xalqın reaksiyası, dövlət başçısı ilə həmrəylik özlüyündə bütün dünyaya ünvanlanmış kifayət qədər ciddi mesaj  oldu.

İnformasiya müharibəsində Türkiyə amilinin üzərində də xüsusi dayanmağa ehtiyac var. Dünyaya daha çox çıxış imkanlarına malik olan qardaş ölkənin media vasitələri Qarabağın informasiya cəbhəsində aktiv təmsil olundular ki, bu da son dərəcə mühüm diqqətçəkən məqamdır.

Bəli, Qarabağ müharibəsi bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə qardaşlığı yüksək inama, etimada əsaslanmış əməkdaşlıq, beynəlxalq arenada birgə siyasi fəaliyyət platforması ilə yanaşı, həm də müstəsna güc faktoruna malikdir ki, onunla da hesablaşmaq mütləq şəkildə lazımdır. Türkiyə mediası bu gücü dünyaya daha sistemli və dolğun şəkildə yansıtmaqla qələbəmizdə müstəsna pay sahibinə çevrildi.
Müharibə başlayandan Cənab Prezident dünyanın ən məşhur informasiya kanallarına çoxsaylı müsahibələr vermişdir. Cənab Prezident bu müsahibələrində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və eləcə də uzun illərdən bəri işğal altında olan torpaqlarımızda tarixi mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərdə qeyr-qanuni köçürlümə siyasətinin həyata keçirildiyi və 27 sentyabrdan başlayaraq Ermənistanın növbəti dəfə mülki əhalimizə qarşı başladığı genişmiqyaslı hərbi əməliyyatlar, təxribatlar, təcavüzlər barəsində bütünlüklə dünya ictimaiyyətini məlumatlandırdı.Prezident bu müsahibələrində bütün dünyaya təkcə, nəinki Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dolğun və əsaslı məlumat verdi, həm də tarixi gerçəklik və reallıqları fakt və sübutlarla dünya ictimaiyyətinə çatdırdı. Ermənilərin əzəli və əbədi Azərbaycan torpaqlarına yerləşdirilməsi,və köçürülməsi, tarixi Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri barədə tutarlı məlumatlar verən Ali Baş Komandan  Dünya ictimaiyyətinə, bu telekanalların çoxsaylı auditoriyasına ustalıqla, çox böyük elmi və tarixi əsaslandırmalarla master-klass keçdi desək, yanılmarıq. Bu müsahibələrdən yalnız birinin ən yaddaqalan və hər birimizi duyğulandıran məqamlarını bir daha xatırlatmaq istərdim.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsindən

Jurnalist:

– Siyasi islahatlar barədə nə deyə bilərsiniz? Əsasən Qərb ölkələri tərəfindən tənqidlər var ki, Siz özünüz atanızdan sonra hakimiyyətə gəlmisiniz, indi xanımınız Birinci vitse-prezidentdir. Siz demokratiyanı təşviq etməyə, müxalifətə hakimiyyətə yol açmağa hazırsınızmı?

Prezident:

- Bizi tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar. Bizim, eyni zamanda,beynəlxalq ictimaiyyətin gözü önündə dırnaqarası demokratiyalarda nümayişlərin necə dağıdıldığını, insanların mitinqlərdə necə öldürüldüyünü, yaralandığını, xəsarət aldıqlarını görürük. Biz bunları hər həftə görürük. Etirazçıları dağıtmaq üçün polisin itlərdən və atlardan necə istifadə etməsini görürük. Siz bunu Azərbaycanda görməyəcəksiniz, heç vaxt. Buna görə bizi tənqid edənlər, yaxşı olardı ki, öz işləri ilə məşğul olsunlar. O ki qaldı, sizin mənim atamın davamçısı kimi dediklərinizə, bəli, bu, həqiqətdir. Lakin mən atamın xələfi olmamışdan əvvəl uzun illər parlamentin üzvü , Milli Olimpiya Komitəsinin prezidenti, aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini və Baş Nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur və əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət katibi və sonra da prezident namizədi olması haqqında danışmır və bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy, onlar özlərinə baxsınlar. Xanımıma gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir.

Artıq informasiya savaşındakı qələbəmiz tanınmış politoloqların,jurnalistlərin,tanınmış şəxslərin siyasi baxış və məfkurələrində dönüş yaratdığından onlar Azərbaycan həqiqətlərini və onun liderini  geniş informasiya məkanında həqiqətəuyğun şəkildə  dəyərləndirməkdən çəkinmirlər.

Rusiya Federasiyası İctimai Palatasının Millətlərarası Münasibətlər və Vicdan Azadlığı Komissiyasının üzvü, dini siyasət və etnik mədəniyyət üzrə eksperti, Rusiyanın ORT telekanalın ictimai-siyasi tok-şousunun aparıcısı, jurnalist.  Maksim Şevçenkonun Ali Baş Komandanımız barədə fikirləri qürurvericidir: “Bu gün İlham Əliyev BBC jurnalisti ilə çox arxayın və sərbəst danışır. Çünki özünü tamamlanmamış bir avropalı deyil, özünəməxsus bir Türk-Qafqaz nümayəndəsi olan vətənpərvər azərbaycanlı kimi hiss edir. Türk-Rus, İslam-Xristian dəyərlərini ən yaxşı formada özündə cəmləşdirən İlham Əliyev qalib Azərbaycanın yeni reallıqlarını dünyaya diqtə edir. Qoy, Qərb də, ABŞ -da, lap elə xaricdəki ermənilər görsün və şahid olsunlar: Dünya daha əvvəlki dünya deyil !”

Yola saldığımız 2020-ci ilin sonunda dünya siyasətçilərindən hansının "ilin qalibi" adını qazandığı və ən yüksək reytinqində kimin "İlin məğlubu" olduğunu "İnterfaks-Ukrayna" agentliyi müəyyənləşdirdi. Siyasətçilər hərəkətləri və qərarları ilə çətin və mübahisəli

2020-ci ilin taleyini təyin etdilər. Agentliyin ən yüksək reytinqinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "İlin qalibləri", Ermənistanın baş naziri Nikol Paşinyan isə “İlin itirənləri” arasında birinci yerdə  qərarlaşmışlar."İlin məğlubları" arasında Fransa prezidenti Emmanuel Makronun seçimi, təbii ki, bizdə təəccüb doğurmamışdi.

İkinci Qarabağ müharibəsi dövründə bütün dünyada Twitter sahəsində axtarışa verilənlər içərisində Cənab İlham Əliyevin adı ilk beşliyə düşdü. Təsəvvür edin ki, 10 milyonluq bir dövlət və 7 milyarddan yuxarı insanlar, bunların da içərisində 4,5 milyarddan çox internet istifadəçisi olanlar arasında Cənab Prezidentin bütün dünya üzrə belə bir reytinq qazanmasını əslində fəxarətlə qeyd etməliyik. Cənab Prezident bütün dünyada özünü bir daha təsdiq etdi.

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Bu gerçəkliyi bizə bəxş edən Ali Baş Komandana ,Müzəffər Ordumuzun əsgərindən tutmuş generalınadək hər kəsə eşq olsun!- deyirik. Azadlıq mücadiləsində canından keçərək onmilyonluq xalqın qəlbində əbədi yaşayacaq Şəhidlik zirvəsinə ucalanların ruhu qarşısında baş əyirik.

Bu gün artıq uşaqdan böyüyədək hər bir azərbaycanlı qürur və fəxarət hissi ilə: Qarabaq Azərbaycandır!-deyir.

 

Ceyran Kuliyeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi