“Vətənin qəhrəman oğulları” müsabiqəsi qalibləri ilə görüş
BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, respublikanın Əməkdar artisti Ağalar Bayramov, “Vətənpərvərliyin təbliğinə dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, Vətən müharibəsi iştirakçısı olan 83 nömrəli məktəb-liseyin müəllimi İdris Abıyev, şəhid Tahir Əliyevin valideynləri və müsabiqə qaliblərinin iştiraki ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Vətənin qəhrəman oğulları” müsabiqəsinin yekunlarına həsr olunmuş onlayn görüş keçirildi.
Tədbirdə çıxış edən Mehriban Vəliyeva “Vətənin qəhrəman oğulları” müsabiqəsinin təşkil olunmasının əsas məqsədinin şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarət olduğunu bildirdi.BŞTİ müdiri Azərbaycan qəhrəmanlarının həyatlarının şagirdlər üçün hər zaman örnək olacağına və məktəblilərin Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə etdi.
Görüşdə çıxış edən Ağalar Bayramov, Şəmistan Əlizamanlı, İdris Abıyev, şəhid Tahir Əliyevin valideynləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyindən, düşmən üzərində qalibiyyət qazanan Azərbaycan ordusunun igid əsgərlərinin şücaətindən söz açdılar. Görüş ədəbi-bədii kompozisiyalarla davam etdi.
Müsabiqənin nəticələrinə əsasən, məktəbimizinn şagirdi Vüsal Bağırlının “Təşəkkürnamə” ilə təltif edilməsi bizi çox sevindirdi.
Vüsalı ürəkdən təbrik edir və daha böyük nailiyyətlər diləyirik.