Sələf babanın xələf nəvəsi

 İsa Hüseynov-Səma Muğanna. Atalar yaxşı deyib:"Ot kökü üstündə bitər". İsa Hüseynovun əhatəli yaradıcılığı haqqında istənilən qədər söz açmaq mümkündür. Ancaq biz Azərbaycan ədəbiyyatında öz sözünü demiş, oxucularının qəlbində əbədi heykələ dönən sənətkarın nəvəsindən-Səma Muğannadan danışmaq istərdik.

Hər ocağın öz istisi... Elə ocaqlar var ki, heç vaxt sönmür, zaman keçsə də, istisini saxlayır. Çünki ocağı sönməyə qoymayanlar olur. Belələrindən biri də Səma Muğannadır. Baba ocağı yandırdı... Ocaq hələ də sönməyib... Sönməyəcək də...

Səma məktəbimizin 9b sinif şagirdidir. Böyük gələcəyi olan balaca yazarımız... "Mələk Səmanın sevdalı dünyası", "Göyərçinin qəribə sevgi hekayəsi" kimi kitabların müəllifi. Səmanın bu kitabları artıq gələcəyin böyük istedadından xəbər verir.

 Sən ki babanın yolunu davam etdirirsən, qoy bu yaradıcılıq yolun nurlu olsun! Düşünən beynin, yazan əlin var olsun! Biz səninlə fəxr edirik. İnanırıq ki, sən də baban kimi məşhur yazıçı olacaqsan.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi