Məktəbimiz qaliblər sırasında

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən VII-IX siniflərində təhsil alan şagirdlər arasında "Vətənin qəhrəman oğulları" videotəqdimat müsabiqəsi keçirilib.

Müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.

Qaliblər sırasında məktəbimizin 7 “A” sinif şagirdi Vüsal Bağırlı müsabiqədə iştirak edərək «Təşəkkürnamə” ilə təltif edilib. Vüsalı təbrik edir, ona uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi