“Nizami İli” çərçivəsində davamlı tədbirlər
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Məlumdur ki, Prezidentimiz İlham Əliyev Azərbaycan Respublikasında 2021 – ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında sərəncam imzalayıb. “Nizami ili” çərçivəsində bizim məktəbimizdə də bir sıra tədbirlər həyata keçirilir.
Şagirdlər tərəfindən hazırlanan videoçarxlar, dahi mütəfəkkirin əsərlərindən illüstrasiyalara həsr olunan rəsm müsabiqəsi, müəllimlərin bir – birindən maraqlı dərsləri, Nizami yaradıcılığına həsr olunan şer müsabiqəsi bu qəbildəndir. Məktəbimizin dil-ədəbiyyat müəllimi Natavan Həsənovanın Azərbaycan poeziyasının günəşi - Nizamiyə həsr olunmuş dərsindən bir parçanı, şagirdlərimizdən Mədinə Əsədli, Məryəm Razmovar, Züleyxa Məmmədova, İgid Nurəli, Nilufər Həsənovanın rəsm əsərlərini, Asiya Zərbəliyevanın ifasında səslənən şer parçasını, Səma Ağazadənin hazırladığı videoçarxı diqqətinizə çatdırırıq.