“Vətən Müharibəsi - Qarabağ Zəfəri” müsabiqəsi qalibinin mükafatlandırılması
Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü ilə “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş məktəblilərarası müsabiqənin Səbail rayonu üzrə qaliblərinin Səbail RİH – də mükafatlandırılması keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Eldar Ağayev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, qalib şagirdlər və müəllimlər iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail RİH başçısının müavini Eldar Ağayev bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Müzəffər Ordumuz 44 gün ərzində düşmənin mövqelərini darmadağın edərək işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, əzmli və azad olmayıb. Bu bir xalqın seçimi, bir xalqın inamı nəticəsində baş verdi. Bu inamı doğruldan prezident və xalq vəhdəti oldu. "Qarabağ Azərbaycandır və nida"! Bu sözü bütün dünyaya çatdıran və əməli ilə sübut edən bizim liderimiz, prezidentimiz idi. Məhz "Dəmir yumruq" siyasətinin nəticəsidir ki, bugün biz rahatlıqla deyə bilirik ki, "Qarabağ Azərbaycandır".
Etiraf etməliyik ki, belə müsabiqələrin təşkili gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və şagirdlərin maariflənməsinə xidmət etməklə yanaşı həmçinin, elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmə bacarıqlarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin rayon turunun qalibi Fidan Nağızadəni təbrik edir və ona yeni-yeni nailiyyətlər diləyirik.