“Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması” mövzusunda vidoekonfrans

Məktəbimizin ibtidai sinif, dil-ədəbiyyat müəllimlərinin və çoxsaylı valideynlərinin iştirakı ilə “Şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması” mövzusunda videokonfrans keçirildi.

Videokonfransda çıxış edən direktor Ceyran Kuliyeva şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolunun müstəsna əhəmiyyət kəsb etdiyini qeyd etdi.

2 saatadək davam edən videokonfransda çıxış edən valideynlər mövzu ilə bağlı öz şəxsi nümunə və təcrübələrini bölüşdülər. Müəllimlər tədris və dərsdənkənar məşğələlərdə şagirdlərdə mütaliənin formalaşması istiqamətindəki fəaliyyətləri barədə məlumat verdilər.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən tədbiri yekunlaşdıran Ceyran Kuliyeva valideynlər tərəfindən səslənən maraqlı təkliflərin müəllimlər tərəfindən reallaşacağına əminliyini bildirdi. Ceyran Kuliyeva pandemiya dönəmində tədris və təlim – tərbiyə prosesində yaranan problemlərə baxmayaraq onlayn – distant tədrisin təhsil işçilərini qısa müddət ərzində İKT – nin imkanlarından istifadəyə motivə etməsini müsbət dəyərləndirməklə, belə görüşlərin daha sıx təşkilini məqsədəmüvafiq hesab etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi