“Ali Baş Komandanın xarici dövlətlərə verdiyi müsahibələrdə dövlətçilik ruhu” mözusunda videokonfrans

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün  Fəaliyyət planının icrası məqsədiylə Tədbirlər Planının  1.1.5  - ci bəndində nəzərədə tutulan “Ali Baş Komandanın xarici dövlətlərə verdiyi müsahibələrdə dövlətçilik ruhu” mövzusunda  direktor  Ceyran Kuliyeva və  məktəbin X – XI sinif şagirdlərinin iştirakı ilə videokonfrans təşkil edilmişdir. Direktor şagirdlərə Qarabağ savaşında hərb meydanında olduğu kimi, informasiya cəbhəsində  də qələbəyə nail olmağımız barədə məlumat verərkən Azərbaycan Prezidenti və Ali Baş Komandanın bu sahədəki müstəsna rolundan bəhs etdi.

Azərbaycan Prezidentinin  beynəlxalq mətbuata, nüfuzlu nəşrlərə müsahibələri zamanı iti ağlı, dərin zəkası, diplomatik məharəti, parlaq və sinədəftər nitqi, xarici dilləri mükəmməl bilməsi və digər mənəvi keyfiyyətlərinin  onu artıq dünya çaplı siyasi liderlər səviyyəsinə yüksəlmiş olması xüsusi vurğulandı. Məğrur Sərkərdəmizin məkrli jurnalistləri necə məharət və ustalıqla susdurduğu müsahibələrdən  maraqlı məqamlar şagirdlərin diqqətinə çatdırıldı.

Azərbaycan Prezidentinin İnformasiya savaşındakı qələbəsinə tanınmış jurnalist Maksim Şevçenkonun “Bu gün İlham Əliyev BBC jurnalisti ilə çox arxayın və sərbəst danışır. Çünki özünü tamamlanmamış bir avropalı deyil, özünəməxsus bir Türk-Qafqaz nümayəndəsi olan vətənpərvər azərbaycanlı kimi hiss edir. Türk-Rus, İslam-Xristian dəyərlərini ən yaxşı formada özündə cəmləşdirən İlham Əliyev qalib Azərbaycanın yeni reallıqlarını dünyaya diqtə edir. Qoy, Qərb də, ABŞ da, lap elə xaricdəki ermənilər görsün və şahid olsun” fikri, İkinci Qarabağ Müharibəsi dövründə bütün dünyada Twitter sahəsində axtarışa verilənlər içərisində Cənab İlham Əliyevin adının ilk beşliyə düşməsiylə  bütün dünya üzrə belə bir reytinq qazanmasıhər bir Azərbaycan vətəndaşı kimi konfrans iştirakçısı olan şagirdlərimizdə də qürur hissi yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi