Vətən Müharibəsi - Qarabağ Zəfəri müsabiqəsi

“Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş müsabiqə Bakı Şəhər İcra Hakimiyyətnin təşəbbüsü ilə Bakı şəhərinin 8-11 ci sinif şagirdləri arasında “Vətən Müharibəsi - Qarabağ Zəfəri” mövzusuna həsr olunmuş müsabiqə elan olunmuş və müsabiqə iştirakçıları “Uğurlu siyasətin davamı-İlham Əliyevin hakimiyyətə gəlməsi“, “Vətən Müharibəsi-Qarabağın azad olunması”, “Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusu”, “Şuşa əməliyyatı-musiqi beşiyinin azad olunması”, “İlham Əliyev-Beynəlxalq media”, “İlham Əliyev-Milli həmrəylik”, “İlham Əliyev - uğurlu diplomatiya”, “ Əliyevin xalqa müraciətləri”, “Qarabağ Zəfəri və onun tarixi əhəmiyyəti”, “Vətən Müharibəsi Qəhrəmanları”, “İlham Əliyev - Azərbaycan mədəniyyəti”, “İlham Əliyev-Müasir Azərbaycan”, “Azad edilmiş torpaqlarda erməni vandalizminin izləri”, “Zəfər paradı,düşmənə göz dağı”, “Vətən müharibəsində Böyük Qələbə”nin əldə edilməsində iqtisadi və siyasi amilin rolu” mövzularında videokonfrans formatında təşkil olunmuş tədbirdə münsiflər heyəti qarşısında çıxış etmişlər. Məktəbimizin müsabiqənin rayon mərhələsinə qatılan 7 şagirdindən 11-ci sinif şagirdi Fidan Nağızadə “İlham Əliyev-Beynəlxalq media” mövzusunda çıxışı ilə rayon mərhələsinin qalibi olmuş və BŞİH Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmin İmanov, Səbail RİH başçısının müavini Eldar Ağayev, RIHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlərin iştirakı ilə həyata keçirilən şəhər mərhələsində də uğurla çıxış etmişdir.