Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi

Gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam imzalanmışdır.

Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədiyməktəbimizin və Şəki Dövlət Regional Kollecinin təşkilatşılığı ilə videokonfrans şəklində tədbir keçirildi. Məktəbimizin şagirdi Vüsal Baglrlının Əhmədiyyə Cəbrayılovun bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlərini əks etdirən maraqlı təqdimatı,Müjgan Güvəndiklinin  ifasında əfsanəvi partizana  həsr edilmiş şeri, kollecin tələbələri Mahirə Kamalzadə,Sevinc İbrahimxəlilova və şagirdlərimiz Nilufər Həsənova, Zeynəb Hüseynova, İradə Əliyeva  tərəfindən  Əhmədiyyə Cəbrayılovun böyük sayğı ilə rəsmə köçürülən portretləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı.Təbii ki,tədbirdə   misilsiz şücaəti ilə dastan yazan partizanın oğlu Cavanşir Cəbrayıiovun atası barədə xatirələrinin səslənməsi tədbirin ən yaddaqalan anları  oldu.Kollecin direktor müavini Rafik Səmədovun xatirələri də hər bir tədbir iştirakçısına maraqlı anlar yaşatdı.Videokonfransfa Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılovun Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olması da xüsusi vurğulandı.

Tədbiri  yekunlaşdıran direktor Ceyran Kuliyeva  bildirdi ki, xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidliklərinin işğal altındakı torpaqlarımızın azad edilməsində rəşadət  və qəhrəmanliq salnaməsi yazan şəhid, qazi və əsgərlərimiz  üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov da belə tədbirlərin təşkilinin gənclərimizidə vətənpərvərlik tərbiyəsinin formalaşmasında müstəsna rolu olduğunu qeyd etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi