Müsabiqə nəticələrinin qaliblərinin mükafatlandırılması

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” BŞTİ–nin Fəaliyyət planına əsasən “Azərbaycan Ordusunun Vətən müharibəsində 44 günlük zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” adlı şagirdlər arasında keçirilən inşa, esse müsabiqəsinin nəticələrinə əsasən məktəbimizin şagirdləri Məltəm Quliyeva, Nuranə Məmmədova, Sara Quliyeva, Oruc Ələsgərov, Nərgiz Cəbrayıllı, Sevda Səfərəliyeva məzmunlu və ən yaxşı inşa, esse yazılarına görə diplomlarla mükafatlandırılıblar.

 “Qarabağ Azərbaycandır” mövzusunda təşkil edilən rəsm müsabiqəsinin nəticələrinə əsasən şagirdlərimiz Mədinə Əsədli və Məryam Razmovar III, Zeynəb Hüseynova və Əminəxatun Yunuszadə II, Nərgiz Cəbrayıllı və Nilufər Həsənova I yerə layiq görülməklə diplomlarla mükafatlandırılıblar.

Eyni zamanda “Vətənin qəhrəman oğulları” adlı videoçarx müsabiqəsinin nəticələrinə əsasən Səma Ağazadə III, Vüsal Bağırlı II, Ayan Fiqarova və Asiya Zərbəliyeva I yerə layiq görülməklə  diplomlarla mükafatlandırılıblar.

Şagirdlərin diplomlarla təltif olunması məqsədiylə videokonfrans təşkil edilmişdir. Məktəbin direktoru Ceyran Kuliyeva, təşkilatçı Lalə Pənahova, təsviri incəsənət müəllimi Cəmilə Eyyubova şagirdləri təbrik etmiş və onlara gələcəkdə daha böyük uğurlar arzulamışlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi