Tədris ilinin növbəti Pedaqoji şura iclası keçirildi
Pedaqoji şura iclasının gündəliyinə qeyd olunan məsələlər daxil edilmişdi: fənn olimpiadalarının məktəb turunun təşkili və nəticələri, Pandemiya dövründə tədris və təlim-tərbiyə prosesinin “Virtual məktəb” platformasında təşkili, bu prosesin daha da təkmilləşdirilməsi və şagirdlərin dərsə davamiyyəti.
“Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində summativ qiymətləndirmənin aparılması və yarımillik qiymətlərin hesablanması Qaydası”nın müzakirəsi və icra üçün qəbul edilməsi.
İclasda həmçinin “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün “Fəaliyyət planı”nda nəzərdə tutulan istiqamətlərin icra vəziyyəti və atılacaq növbəti addımlar müzakirə olundu.