Ölkəmizin müdafiə qüdrətinin güclənməsi

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün  “Fəaliyyət planı”nın icrası məqsədiylə  “Ölkə başçımızın ordu quruculuğu və ölkəmizin müdafiə qüdrətinin gücləndirilməsində xidmətləri” mövzusunda məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə Hərbi rəhbər Bağır Bağırov tərəfindən videokonfrans təşkil edilmişdir.

Videokonfransın təşkilatçısı Bağır Bağırov öncə şagirdlərə müasir ordumuzun formalaşması barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyev son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib və nəticədə  maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib. Məhz elə keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordumuzun döyüş əməliyyatlarını səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması, həyata keçirməsi ölkəmizin döyüş meydanında qələbə qazanmasını səciyyələndirdi  və sadaladığımız bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusunun qəlbi vətən eşqi ilə döyünən şəxsi heyəti hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə daha bir uğura, yeni qələbəyə imza atmaqla  düşmən üzərində tam üstünlüyə nail oldu. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi.

Daha sonra ordumuzun müasir döyüş texnikalarını əks etdirən viderolik şagirdlərə nümayiş etdirildi və hər biri haqqında ətraflı məlumat verildi. Bugünkü məktəblinin sabahın müdafiəçisi olduğunu nəzərə alsaq, bu kimi tədbirlərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna rolu olduğu danılmazdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi