“Multikulturalizm bütün xalqları birləşdirir”

Məktəbin ingilis dili metodbirləşməsinin fənn aylığı çərçivəsində keçirdiyi musiqili ədəbi-bədii tədbir “Multikulturalizm bütün xalqları birləşdirir” – fikrini bir daha təsdiqləmiş oldu. VI – XI siniflərin iştirakı ilə ərsəyə gələn tədbirin ən önəmli və yaddaqalan məqamı müxtəlif millətlərdən – azərbaycanlı, tatar, rus, ləzgi, yəhudi, irland, ingilis – olan şagirdlərin bir araya gəlməsi idi. VII sinig şagirdləri Nigar, Çinarə və İrlandiya vətəndaşı olan Uilyam Hartlinin aparıcılığı ilə keçən tədbirdə Azərbaycan və Böyük Britaniyanın tarixini, ədəbiyyat və mədəniyyətini özündə əks etdirən təqdimatlar nümayiş etdirildi. Şekspir, Bayron haqqında təqdimatlar bu dahi şəxslərin yaradıcılığından seçmələrlə tamamlandı. X sinif şagirdləri Çingiz və Almaz səhnədə Artur Konan Doylun məşhur personajları Şerlok Holms və Dr. Uatsonun obrazlarını məharətlə yaratdılar. Juliyana, Vivyen və Münəvvərin söylədiyi şeirlər, “Sarı gəlin” bəstəsi, Çinarənin ifasında Azərbaycan rəqsi, Harli ailəsinin və dostlarının ifa etdiyi milli İrland rəqsi, V sinif şagirdlərinin dumanlı və yağışlı Londonu xarakterizə edən “Çətirlərlə rəqs”i tədbirə xüsusi rəng qatmış oldu. Tədbirdə Təhsil Nazirliyinin, British Council və “English Training Center “ in nümayəndələri, şəhər məktəblərinin aparıcı İngilis dili müəllimləri, valideynlər, məktəb rəhbərliyi iştirak etmişdir.Yüksək səviyyədə keçən tədbir “Multikulturalizm Azərbaycanda həyat tərzidir” – deyə hər kəsə bir ismarıc oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi