Qanlı Yanvar faciəsi yaddaşlarda
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır.1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Hər il olduğu kimi bu tədris ilində də bugünkü ilk dərslərimiz Qanlı Yanvar faciəsinə həsr olundu. Virtual məktəb platforması üzərindən həyata keçirilən tədris prosesində şagirdlərin yaş qruplarına müvafiq olaraq müəllim və şagirdlər tərəfindən hazırlanmış videoçarxlar əsasıbda qanlı yanvar hadisələri ürək yanğısıyla yad edildi Şagirdlərin ifasında tariximizin qan yaddaşına həsr olunmuş şeirlər səsləndi. Faciəni boyaların dili ilə ifadə edən şagirdlərin rəsmləri nümayiş etdirildi.