“Bədii qiraət yarışması”

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Bədii qiraət yarışması” adlı tədbir YAP Səbail rayon təşkilatının “Heydər Əliyev” Lektoriya zalında təşkil olunmuşdu. Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, Yazıçılar İttifaqının üzvü Aqil Abbas iştirak edirdilər. Müsabiqə iştirakçıları Heydər Əliyev haqqında şeirlər ifa etdilər. Şagirdlərin rəngarəng çıxışları alqışlarla qarşılandı. Məktəbimizin 7D sinif şagirdi Əzizəxanım Kazımova Heydər Əliyevə həsr etdiyi ”Mən fəxr edirəm” adlı şeirinin ifasına görə I yerə layiq görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi