Bayraq Muzeyində Müstəqil Azərbaycan dövlətinin memarına həsr olunmuş dərs

Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, bütün bu illər ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəliş Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Bu il ulu öndərin anadan olmasının 93-cü ildönümüdür. Bununla bağlı olaraq, Dövlət Bayrağı muzeyində məktəbimizin tarix müəllimi Lalə Məmmədova "Müstəqil Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin rolu" mövzusunda açıq dərs keçmişdir. 7d sinif şagirdlərinin iştirakı ilə keçirilən dərsdə Ulu Öndərin həyatı, 90-cı illərin əvvəllərində respublikanın ağır vəziyyəti, xalqın çağırışı ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, ölkədə hüquqi, demokratik dövlət quruculuğu, siyasi, iqtisadi, xarici siyasət sahəsində əldə olunan uğurlardan bəhs edilmişdir. Sonda şagirdlərə Ulu Öndərlə fəxr etmək, bayrağımızı uca tutmaq, Azərbaycanın qüdrətli gələcəyi üçün əzmlə çalışmaq tövsiyə olunmuşdur. Dərsin sonunda Nəzrin Kazımovanın Heydər Əliyevə həsr etdiyi şeri səslənmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi