Fənn olimpiadalarının məktəb turu keçirildi

    Məktəbimizdə fənn olimpiadalarının məktəb turu keçirildi. Respublikamızda pandemiya ilə əlaqədar karantin rejimi elan olunduğundan olimpiada Teams platformasında nəzarətçi müəllimlərin iştirakı ilə həyata keçirildi. VIII, IX, X, XI sinif şagirdləri arasında ana dili, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika fənləri üzrə olimpiadaya ümumilikdə məktəb üzrə 53 şagird qatılmışdı. Olimpiadanın təşkili üzrə yaradılan komissiya üzvlərinin təklifinə əsasən hər bir fənn üzrə 5 açıq sualdan ibarət tapşırıqlar hazırlanmış, hər bir sualın maksimum 5 balla qiymətləndirilməsi nəzərdə tutulmuşdur. Artıq olimpiadanın məktəb turunun nəticələrinə əsasən qaliblər  müəyyənləşdirilib. Qalibləri təbrik edir və növbəti mərhələdə onlara uğurlar diləyirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi