Lütfi Zadə adına məntiq olimpiadasındakı uğurumuz

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə  Lütfi Zadə adına məktəblilərarası V Məntiq Olimpiadası keçirilmişdir. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarət olmuşdur.

Bu olimpiadada məktəbimizin 7 “B” sinif şagirdi Imamverdiyev Salman Mehman oğlu da iştirak etmiş, məktəbdaxili mərhələdə  uğur qazanaraq final mərhələsinə keçmişdir. Final mərhələsinə vəsiqə alan Salman həmin turda da məntiqi təfəkkürünü nümayiş etdirərək III yerin qalibi olmuşdur. Məktəb rəhbərliyi adından ona təhsilinin gələcək mərhələlərində də uğur arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi