“YAŞAT” Fondunun yaradılması şəhid ailələrinə, qazilərə diqqət və qayğının bariz nümunəsidir
Xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım azərbaycan xalqına xas olan ali keyfiyyətlərdən biridir. İkinci Qarabağ müharibəsi insanları şəhid ailələrinin, hərbi əməliyyat iştirkçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşmağa və bu məsələyə öz dəyərli töhfələrini verməyə sövq etdi. Məhz bu reallığı nəzərə alaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədiylə yaradılan "Yaşat" Fonduna könüllülük prinsipi əsasında məktəbimizin müəllim və valideynlərinin bir qismi də qatıldı və toplanan vəsait "Yaşat" Fondunun bank hesabına köçürüldü.