Şəhid Fəqan Məmmədovun yarımçıq qalan arzusu şagirdlərimiz tərəfindən reallaşdı
Fəqan Məmmədov vaxtıyla Zaqatalada Yeni il şənliyində Şaxta baba rolunda təhsil aldığı məktəbin şagirdləri qarşısında çıxış edərkən Qarabağ azad edildikdən sonra onlara oradan hədiyyə gətirəcəyinə söz vermişdi. Lakin tale elə gətirdi ki, Qarabaq uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan və şəhidlik zirvəsinə ucalaraq milyonların qəlbinə köçən Fəqanın arzusu məktəbimizin ibtidai sinif müəllimi Nigar Fiqarovanın təşəbbüsü və 4 "F" sinfinin valideynlərinin dəstəyi ilə reallaşdı. Fəqanın təhsil aldığı Zaqatala məktəbinin şagirdlərinə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində bayram sovqatı göndərildi. Bu sovqatın içərisindəki ən qiymətli hədiyyə isə, təbii ki, məzunumuz Bəhram Bağırzadənin “Qarabağ Azərbaycandır!” kitabı idi.
Rahat yat, əziz şəhidimiz! Ruhun şad, məkanın cənnət olsun!