2020-2021 tədris ili başladı

Xüsusi zövqlə bəzədilmiş, musiqili, haylı- küylü məktəblər bu dəfə sevimli şagirdlərini,  həsrətlə ilk zəngin sədalarını gözləyən birincilər və onların  valideynlərini  döşəmələri  ara məsafələri göstərən  işarələrlərlə  döşənmiş məktəb həyətlərində   qarşıladılar. Məktəbin foyelərində artıq 7 aya yaxın bizə tanış olan COVİD 19 pandemiyası zamanı zəruri olan davranış qaydalarını əks etdirən posterlər  sanki “Hamınız məni oxuyun və mənə əməl edin” deyə boylanırdı.

 Bütün bunlara baxmayaraq həm müəllim, həm də şagirdlərin gözlərindəki sevinc ifadələrini sezməmək  mümkün deyildi. Sanki 7 aylıq həsrətdən sonra buz kimi soyuq divarlar da dilə gələrək şagird və müəllimlərə “Xoş gəldin” deyirdi. İbtidai siniflərdə əyani formada tədris olunan ilk dərslər “Gigiyena qaydalarına necə əməl edirəm”, distant şəkildə həyata keçirilən V-IX siniflərdə ilk dərslər “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X –XI siniflərdə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına  həsr   olunmuşdur. Müəllimlərin hazırladıqları təqdimatlar bu dərslərə  xüsusi rəng qatmışdır.

Arzumuz  budur ki, tezliklə bütün sinif otaqlarından şagirdlərin şən qəhqəhələri, tənəffüslərdə isə  məktəb zənginin sədaları yüksəlsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi