İnformatika müəllimimizin uğuru
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15948098935f0ede255a6d41.85314292.jpg)
Təhsil prosesində müasir informasiya texnologiyalarının tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edən “Rəqəmsal bacarıqlar" layihəsi artıq 3 ildir ki,bizim məktəbimizdə də tətbiq olunur. Bu layihə şagirdlərin gələcəyi üçün yararlı olan alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
Təbii ki, layihənin uğurlarında səriştəli müəllimlərin rolu xüsusi vurğulanmalıdır.
2019-2020-ci tədris ilində layihə rəhbərliyi tərəfindən diplomla mükafatlandırılan və ən yaxşı nəticə göstərən 40 müəllim arasında məktəbimizin informatika müəllimi Gülnar Ibadlının da olması bizi sevindirir. Gülnar İbadlını kollektiv adından ürəkdən təbrik edir və ona daha böyük üğurlar diləyirik.