“Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” adlı konfrans keçirilib

Bakı Slavyan Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu Ulu öndər, xalqımızın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” adlı ənənəvi Şagird-Tələbə konfransı keçirildi. Konfransda məktəbimizin IX-XI sinif şagirdləri də iştirak etdilər. Şagirdlər təbiət, dəqiq və humanitar elmlər üzrə elmi məruzələrlə çıxış etdilər. XIII Şagird-Tələbə Elmi Konfransında humanitar elmlər üzrə IX A sinif şagirdi Ağazadə Validə (Elmi rəhbər: Əmircanova Qənirə), təbiət elmləri üzrə X A sinif şagirdləri Atakişiyeva Ədilə, Quluzadə Tamella (Elmi rəhbər: Salamova Gülbacı), XI B sinif şagirdi Hacıyeva Münəvvər (Elmi rəhbər: Cabbarlı Gülər) çıxış edərək sertfikat almışlar.