Tədris prosesini günün tələbləri səviyyəsində qurmağa çalışırıq
Bu gün məktəb rəhbərliyinin təşkilatçılığıyla Azərbaycan dili və rus dili müəllimləri ilə canlı bağlantı şəklində konfrans təşlkil edildi. Konfransda bu çətin günlərdə müəllimlər tərəfindən tədrisin təşkili formaları və vəziyyəti müzakirə edildi. Direktor valideynlərlə birbaşa əlaqə əsasında müəllimlərin fəaliyyəti barədə əldə etdiyi məlumatları müəllimlərin diqqətinə çatdırmaqla bərabər, fəaliyyətini düzgün quran, müxtəlif resurslar vasitəsiylə şagirdləri yüksək səviyyədə təhsil prosesinə cəlb edən müəllimlərə təşəkkürünü bildirdi. Həmçinin bü prosesə rəhbərliyin çağırışından sonra qatılan kollektiv üzvlərinə iradlarını bildirdi və büraxılan nöqsanların qısa müddətdə aradan qaldırılması yolları göstərildi. Müzakirələrdə hər bir müəllim özunun istifadə etdiyi metodlardan soz açdı və çox maraqlı və məhsuldar keçən konfransda yetərincə təcrübə mübadiləsi əldə olundu. Növbəti günlərdə hər bir metodbirləşmələrlə belə görüşlərin keçirilməsi nəzərdə tutulub.