Tariximizin ən dəhşətli faciəsi

Xocalı soyqırımının anım tədbiri bu il də ənənəvi olaraq qeyd olundu. Məktəbimizdə pedaqoji təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə hazırlanan bu tədbir – kompozisiya  bir daha  gənclərə - şagirdlərə sübut etdi ki, xalqımızın faciəvi səhifələri tarixi yaddaşsızlığımızın, unutqanlığımızın nəticələridir.

Son əsrlərdə təkrarlanan ermənilərin azərbaycanlılara qarşı məkrli siyasətinin, ərazi iddialarının xalqın yaddaşından sildirilmə cəhdi Xocalı kimi faicələrə gətirib çıxarır.

Bugünkü tədbiin də başlıca məqsədi Xocalı Soyqırımı  qurbanlarının xatirəsini yad etməklə bərabər, şagirdlərdə vətənpərvərlik, sayıqlıq, tarixinə yaxından bələdlik hisslərinin aşılanmasıdır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi