Beynəlxalq Təhlükəsiz İnternet Günü

Beynəlxalq Təhlükəsiz İnternet Günü hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 140-dan çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.   2019-cu ildən “Birlikdə daha yaxşı internet naminə” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü  ilə bağlı məktəbimizdə də açıq dərslər təşkil edildi və internetdən düzgün, və müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnmək istiqamətində məqsədyönlü istifadə etmək bacarıqları müəllimlər tərəfindən şagirdlərə aşılandı. Şagirdlərin mövzu ilə bağlı çəkdikləri rəsmlər və müəllimlərin təqdimatları ətrafında maraqlı müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi