“Ən böyük Azərbaycanlı” adlı ədəbi-bədii kompozisiya

BŞTİ-nin müdiri Məhəbbət xanım Vəliyeva, Səbail RİH başçısı Eldar Əzizov və başçının müavini Xalidə xanım Bayramova, YAP Səbail rayon qadınlar şurasının sədri Təranə Kərimova, Səbail rayon məktəb direktorları və digər qonaqların iştirakı ilə məktəbimizdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən böyük Azərbaycanlı” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.Ulu öndərə həsr olunan poeziya və musiqi nümunələri, eləcə də, məktəbin direktoru Ceyran Kuliyevanın ifasında əbədiyaşar Heydər Əliyevin ömür yolu, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri barədə səmimi və qəlbləri riqqətə gətirən poetik ifadələr hər bir tədbir iştirakçısına xoş anlar yaşatdı.Bülbül adına musiqi məktəbinin məzunu, musiqi Akademiyasının tələbəsi Orxan Cəlilovun ifasında səslənən “Sən elə bir zirvəsən” bəstəsi tədbirə əsrarəngiz rəng qatdı.Sonda Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov məkrəblilər qarşısında çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan danışaraq bildirdi ki, Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizi yaratması və özünə layiqli siyasi varis olan İlham Əliyevi hazırlaması olmuşdur. Edar Əzizov vurğuladı ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayır.Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək Ulu öndər Heydər Əliyevin həyat yolunun, onun zəngin irsinin bu-günkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğuladı, şagirdlərə vətənimiz üçün layiqli, vətənpərvər vətəndaş olmalarını arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi