Tariximizin qan yaddaşı
Xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər məktəbiizdə həyata keçirildi. Bu günün bütün ilk dərsləri şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı. Bəzi siniflər şəhidlərlə bağlı rəsm əsərləri, bəziləri isə kiçik kompozisiyalar nümayiş etdirdi. Hər bir sinifin qarşısında mövzu ilə bağlı guşələr təşkil edildi.
İbtidai sinif müəllimi Aygün Həşimova və dil-ədəbiyyat müəllimi Pərvanə Səfərəliyeva tərəfindən təşkil edilmiş “Azadlığa aparan yol” adlı ədəbi–bədii kompozisiya, 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi və şagirdlər arasında mövzu ilə bağlı şeir müsabiqəsinin təşkili də 20 yanvar faciəsinin 30–cu ildönümünə həsr olunmuş tədbirlərdən idi. Şagirdlərimizin şəhidlər xiyabanına ziyarəti və ziyarət zamanı şəhid məzarları qarşısında onların xatirəsinə söylənilən şeirlər xiyabanı ziyarət edənlərin gözyaşlarına səbəb oldu. Bütün bu tədbirlərlərin təşkilində məqsəd gənclərimizdə soy-kökünə, tarixinə, dünəninə yaxından bələd olmaqla yanaşı, gələcəyə olan böyük ümid, həmçinin onlarda vətənpərvərlik tərbiyəsinin təbliğ olunmasıdır.