Böyük Summativ Qiymətləndirmələrin təşkili
Məktəbimizdə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası” na əsasən artıq IV-XI siniflərdə BSQ–lərin keçirilməsinə başlamışıq.
BSQ–lərin nəticələri məktəbin fəaliyyətinintəhlilində, strategiyaların müəyyənləşdirilməsində mühüm rol oynadığını nəzərə alaraq aşağıdakıların həyata keçirilməsini məqsədəuyğun hesab etmişik.
Məktəb rəhbərliyi tərəfindən yarımillərin əvvəlində BSQ-lərin keçirilməsi üçün işçi cədvəlləri hazırlanmış və BSQ-lərin keçirilməsi ərəfəsində cədvəldə real vəziyyətə uyğun olaraq müvafiq düzəlişlər edilmişdir.
Cədvəl hazırlanarkən mövcud reallıqların, o cümlədən siniflərin fənn müəllimlərinin, nəzarətşilərin, BSQ-lər üçün nəzərdə tutulmuş günlərin sayının, məktəbin maddi-tədris bazasının imkanları nəzərə alınmışdır.
BSQ-lərin təşkili ilə bağlı qiymətləndirmə prosesində obyektivlik və şəffaflığın gözlənilməsi məqsədiylə valideynlər və Məktəblinin Dostları da bu prosesə cəlb edilmişdir. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədi ilə qiymətləndirmə vasitələrinin hazırlanması və şagirdlərin işlərinin yoxlanılması həmin siniflərdə dərs deməyən müəllimlərə həvalə olunmuşdur.