Şagirdlərimiz “Oxu Günü”ndə

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü”ndə məktəbimizin şagirdləri də fəal iştirak ediblər. Yeniyetmə və gənclərdə oxu vərdişlərinin inkişaf etdirilməsinə, kitabın gündəlik həyatımıza mübaliğəsiz daxil edilməsinə xidmət edən bu tədbir şagirdlərimizə unudulmaz anlar yaşadıb. Müəlliflər, tanınmış insanlar, tədbirdə iştirak edən digər məktəblilərlə birbaşa təmasda olmaq, oxuduqları kitablar barədə nəinki həmyaşıdları, eləcə də, yazıçılarla fikir mübadiləsi aparmaq imkanı əldə etmələri şagirdlərimizi çox sevindirmişdir.