“Narkomaniya bəşəriyyətin bəlasıdır”

Məktəbimizdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda keçirilən tədbirdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Əliyev, Səbail Rayon Polis İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili şöbəsinin müdiri Anar Nağıyev, Respublika Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova, Səbail Veteranlar Şurasının üzvləri, Səbail Rayon Polis İdarəsinin əməkdaşları iştirak etmişlər. Məktəbin direktoru Ceyran Kuliyeva tədbirə - “Narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyəm ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addımlar hər zaman nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Lev Tolstoy deyirdi: “Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır”- fikri ilə başladı. Tədbir iştirakçılarının hər biri narkomaniya və onun fəsadları barədə ətraflı məlumat verdilər. Əminik ki, narkomaniya ilə bağlı rolikin nümayişi və tədbir iştirakçılarının maraqlı çıxışları şagirdlərin bu bəlaya dükar olmamasına təsir göstərəcək.Şagirdlər tərəfindən ünvanlanan çoxsaylı suallar bu tədbirin əhəmiyyətini, şagirdlərin çıxışlara biganə qalmadığını nümayiş etdirdi.