“Azərbaycanda multikulturalizm və tolerantlıq”

Məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə həyata keçirdiyi Azərbaycan multikulturalizminin öyrənilməsinə həsr olunmuş “Səyyar mühazirələr” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Bakı Slavyan Universitetinin Xarici siyasət və diplomatiya kafedrasının müəllimi Maya Cəfərquliyeva müəllim və şagirdlərlə görüşü zamanı “Azərbaycanda multikulturalizm və tolerantlıq” mövzusunda mühazirə oxumuş, sonra isə müahizarə ətrafında diskussiyalar aparılmışdır. Böyük maraq və tolerantlıq abu-havasında keçirilən tədbir dəyirmi masa şəklində təşkil olunduğundan iştirakçılar və mühazirəçi arasında maraqlı dialoq baş tutmuşdur.Bu kimi tədbirlərin təşkili şagirdlərin milli - mənəvi dəyərlərlə yanaşı bəşəri dəyərlərə, eləcə də, tolerantlıq ənənələrinə daha dərindən yiyələnməsinə təsir göstərir.