Dahilərin yarışı

Məktəbdə “31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Dahilərin yarışı” adlı intellektual bilik yarışması keçirildi. Yarış azərbaycan və rus bölmələrinin III və IV sinif şagirdləri arasında keçirildi. Yarışda təqdim olunan suallar düşündürücü, məntiqi və dünyagörüşü əhatə edirdi. Intellektual yarış zamanı məktəbin direktoru Ceyran Kuliyeva, müavinlər Nigar Babayeva və Lalə Pənahova jüri üzvləri olaraq şagirdlərinin cavablarını qiymətləndirmiş və qaliblər elan edilmişdir.

Sonda qaliblərə diplomlar təqdim olunmuşdur. Intellektual bilik yarışmalarının təşkilində məqsəd şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi, istedadlı şagirdlərin üzə çıxarılması və onların fəaliyyətinin düzgün istiqamətləndiriliməsinin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi