Kiçik tədqiqatçılarımızın uğuru
Məktəbimizin III və IV sinif şagirdləri Selin, Mədinə, Murad, Əli Yusubov və Əli Xuduzadədən ibarət komanda “Texnoloji yeniliklər” adlı tədqiqat işi ilə BŞTİ-nin əmrinə əsasən təşkil olunan “Kiçik tədqiqatçılar” müsabiqəsinə qatılmış, rayon mərhələsində qalib gələrək şəhər turunda iştirak etmək hüququ qazanmış və müsabiqənin final mərhələsinin nəticələrinə əsasən fəxri fərmanla təltif olunmuşlar.
BŞTİ tərəfindən təşkil olunan müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasına əlverişli şərait yaratmaqdan ibarətdir.
Kiçik tədqiqatçılarımızı ürəkdən təbrik edir, onlara gələcək tədqiqatçılıq fəaliyyətlərində uğurlar diləyirik.