Milli Qəhrəmanla görüş
Məktəbin ibtidai sinif müəllimi Nigar Fiqarovanın təşəbbüsü ilə reallaşan ”Azərbaycanı qarış-qarış gəzirik” layihəsinin növbəti mövzusu Bərdəyə həsr olunmuşdu. Valideynlərin təşəbbüsü ilə tədbirə əslən Bərdədən olan Azərbaycanın Milli Qəhrəmanı Mirzə Quliyev də dəvət edilmişdir.
Bərdənin tarixi, mədəniyyət abidələri, tanınmış ziyalıları barədə geniş məlumatı özündə əks etdirən videoçarx və onun əsasında hazırlanan təqdimat III sinif şagirdləri Leyla, Ömər, İslam və Teymurun iştirakı ilə şagirdlərə və qonaqlara təqdim edildi. Qarabağ şikəstəsinin həzin musiqi sədalarının müşaiəti ilə hazırlanan təqdimatda Nizaminin İsgəndərnaməsinin Bərdə ilə bağlılığı, hətta müasir Bərdədə həyata keçirilən quruculuq və abadlıq işlərindən belə söz açıldı. Bu dərsin özünəməxsus özəlliyi isə Qarabağ döyüşlərinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Mirzə Quliyevin bu tədbirdə iştirakı idi. Şagirdlərin ilk dəfə Milli Qəhrəmanla ünsiyyərdə olması, onun döyüş barədə xatirələrini dinləməsi, təbii ki, onların yaddaşında əbədi iz buraxacaq. Belə layihələrin təşkilinin şagirdlərdə vətənpərvərlik və azərbaycançılıq ideyalarının təbliğ olunmasına müsbət təsirini qeyd edən direktor şagird, valideyn və sinif müəllimi Nigar Fiqarovaya öz təşəkkürünü bildirdi.