Layihə çərçivəsində əməkdaşlıq
Akademik Zərifə Əliyeva adına lisey özünün maraqlı təşəbbüsləri ilə nəinki təmsil etdikləri liseyi, eləcə də, digər məktəbləri tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edən layihələrə cəlb edir. Məktəbimizin də qatıldığı “Qəbul imtahanları modelinə uyğun sınaq qiymətləndirmə sistemi” layihəsi həm buraxılış sinif şagirdləri, həm də müəllimlər üçün çox faydalı oldu. Ilk mərhələdə artıq layihə rəhbəri və layihəyə cəlb olunan liseyin əməkdaşlarının həm qiymətləndirmə materiallarının hazırlanması, həm də nailiyyətin qiymətləndirilməsi sahəsindəki səriştə və peşəkarlıqları hiss olundu.
Məktəbimizin rəhbərliyi adından Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyevanın timsalında layihədə əməyi olan hər kəsə minnətdarlığımızı bildirir, layihənin növbəti mərhələlərində uğurlar diləyirik.