“ASAN Könüllüləri” “Əsgərə Məktub” layihəsi

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə bizim də şagirdlərimiz qoşulub. Şagirdlərimizin Mərkəzi hərbi Klinik Hospitala ziyarəti zamanı artıq 100-ə yaxın məktub yaralı əsgərlərə təqdim olunub, hətta bəziləri şagirdlər tərəfindən oxunub və yaralıların və şagirdlərin gözyaşları ilə qarşılanıb. Bizim şagirdlərimiz də “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsində iştirak etməklə dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinin ən böyük ehtiyacı olan mənəvi dəstəyi nümayiş etdirmək istəyir.