Böyük Britaniyalı qonağımız

 Böyük Britaniya Lester ( Leicester) Universitetinin Beynəlxalq “STEM” təhsili üzrə mütəxəssisi, Şefild Hallam (Shefielde Hallam) Universitetinin Beynəlxalq Proqramlar Mərkəzinin direktoru Mark Uvindeil (Mark Windale) “İngilis dili gələcək üçün” layihəsi çərçivəsində   məktəbin qonağı oldu. Cənab Uvindeil məktəbin direktoru, valideynlər, yuxarı sinif şagirdləri və ingilis dili müəllimləri ilə təşkil olunmuş görüşlərdə iştirak etdi. Görüşlər zamanı Cənab Uvindeil Azərbaycanda ingilis dilinin tədrisində tətbiq olunan innovativ metodlar, XXI əsr bacarıqlarının formalaşması və müasir təlim texnalogiyalarının  tədris prosesində tətbiqi,  kurikulumun müəllim, şagird və valideynlər tərəfindən hansı səviyyədə dəyərləndirilməsi  və bir sıra maraqlı mövzular ətrafında müəllim, şagird və valideynlərlə fikir mübadiləsi apardı. Cənab Uvindeil IX və XI siniflərdə ingilis dilinin tədrisi prosesini də  izlədi. Görüşlər və dərslər səsli qeydə alındı. Qonaq məktəbdən müsbət və xoş təəssüratla ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi