Rus dili və ədəbiyyatı fənni üzrə VIII Olimpiada

Bakı şəhərində Russiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Russiya ilə əməkdaşlıq nümayəndəliyinin təşkilatçılığı ilə Russiya Mədəni – İnformasiya mərkəzində rus dili və ədəbiyyatı fənni üzrə VIII Olimpiada keçirilmişdir. Olimpiadanın qarşıya qoyduğu başlıca məsələlər rus dili və ədəbiyyatı tarixinə olan marağın inkişaf etdirilməsi, şagirdlərdə yaradıcı təfəkkürün fəallaşdırılması, rus dili və ədəbiyyatı tarixi və mədəniyyətinin öyrənilməsinə marağın artırılması olmuşdur. Olimpiadada rus dili və ədəbiyyatını yaxşı bilən, yüksək natiqlik bacarıqlarına malik olan 7 – 8 sinif şagirdləri iştirak edirdilər. Onların arasında 7f sinif şagirdi Nigar Bayramova, Cəmalə Cabbarova, Ləman Əliyarova, 8f sinif şagirdi Marat Matatyayev, 8c sinif şagirdi Həbib İbrahimli yüksək nəticələr göstərmişlər. Adı göstərilən şagirdlərə daha böyük uğurlar arzulayırıq.