Məktəbimizin III sinif şagirdi Şərifzadə İsmayıl Tbilisidə keçirilən Qafqaz regionu üzrə Kinqbox Beynəlxalq çempionatında qalib olmuş, vətənə qızıl medalla qayıtmışdır. İsmayılın bu qələbəyə Ermənistan təmsilçisini məğlub etməklə nail olması bizi daha da qürurlandırır. Azərbaycan bayrağının məktəbimizin şagirdi sayəsində yenidən ucaldılacağına əminlik hissi ilə yaxın günlərdə Türkiyədə keçiriləcək yarışmada İsmayıla nailiyyətlər diləyirik.
Məktəbinizin 2 F sinif şagirdi Mənzər Babanlı Rusiyanın Soçi şəhərində keçirilmiş çerlidinq üzrə beynəlxalq “Яркие майские твои” festivalında iştirak edərək cütlüklərin yarışında III yerə layiq görülüb və müvafiq dərəcəli diplom, medal və kubokla təltif olunub. Mənzəri təbrik edirik, daha böyük uğurlar arzulayırıq.